Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3262
az

Fazil Məmmədovun xəstəliyi bilindi: serroz deyil

11:1629 İyun, 2018
1109
SİYASƏT
  • A
 Türkiyədəki "American Hastanesi”nə yerləşdirilən eks-vergilər nazir Fazil Məmmədovun səhhəti normaldır.

Bu barədə Oxu24.com-a sabiq nazirin yaxınları məlumat veriblər.Xəbər verdiyimiz kimi, bir müddət Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınıb. F.Məmmədov Fransadan xüsusi sifarişlə gətirilən ambulans təyyarə ilə Türkiyəyə aparılıb.

Eks-nazirin Türkiyəyə aparılmazdan əvvəl niyə Bakıda yox, Gəncə Beynəlxalq Hospitalında müalicə alması da məlum olub. Xəstəxana personalından verilən məlumata görə, klinika F.Məmmədova məxsusdur. Ona görə də səhhətilə bağlı mütəmadi olaraq orada müalicə alıb.

Eyni zamanda, xəstəxanadan F.Məmmədovun pankreatit xəstəliyindən əziyyət çəkdiyi bildirilib:

"Onun qaraciyər serrozundan əziyyət çəkdiyi haqda məlumatlar yalandır. Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlandı. Amma onun vəziyyəti ağır deyildi. Sadəcə pankreatit təhlükəli xəstəlikdir. Şükür ki, tez bir zamanda müalicəsi uğurlu alındı. Tam yaxşı vəziyyətdə Türkiyəyə yola salındı, hazırda Türkiyədəki "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarəti altındadır”.

Məlumat üçün bildirək ki, pankreatit mədəaltı vəzin iltihabi xəstəliyidir. Kəskin və xroniki pankreatit olmaqla iki yerə bölünür. Kəskin pankreatit zamanı iltihabi proses sürətlə bir neçə gün ərzində inkişaf edir. Bu adətən tamamilə heç bir iz buraxmadan keçib gedir. Bəzən isə xəstəlik çox təhlükəli olur.
Xroniki pankreatit zamanı iltihab davamlı xarakter daşıyır və iltihabi proses daha yüngül xarakterli olur. 10 haldan 8-ində bu xəstəliyə səbəb öd daşları və spirtli içkidir. Digər səbəblərə az rast gəlinir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanla İspaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi
Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR -"Ciddi söhbət olacaq"
Qərb qüvvələrinin Azərbaycana təzyiq göstərmək cəhdləri faydasızdır - Zaxarova

Yuxuda at görmək, nə anlama gəlir? - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
Mahaçqalada güclü qasırğa olub
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
“Ərim sağdır, mənə zəng etmişdi”- İki il öncə öldürülən Anarın xanımı