Qaynar xətt:

(+99450) 247 90 86

Eldar Əzizovun kürəkəni bayram şənliyinə 122 min manat ayırdı

CƏMİYYƏT

512

05.06.2020, 20:35

Yevlax Şəhər İcra Hakimiyyəti bayram tədbirlərinin keçirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Hit.Az-ın vahid dövlət satınalmaları portalına istinadən məlumatına görə, tenderin qalibi "Ekol Kind" MMC-dir.

Qalib şirkətə 122 719 manat ödəniləcək.

Qeyd edək ki, Yevlaxın bu yaxınlardan təyin olunmuş gənc icra başçısı Anar Tağıyev Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.