Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32528
az

Azərbaycanda məktəblərdən xəstəxana kimi istifadə olunur? - RƏSMİ

18:5704 İyun, 2020
389
CƏMİYYƏT
  • A

“Koronaviruslu xəstələrin müalicəsi üçün xəstəxanalarda yer olmadığı üçün məktəblərdən istifadə edilməsi xəbəri düzgün deyil”.

Oxu24.com-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ölkədə modul tipli xəstəxanalar qurulur:

“Bakı şəhərində iki xəstəxana, Abşeron rayonunda bir xəstəxana, Sumqayıt şəhərində bir xəstəxana - hər biri 200 çarpayı olmaqla qurulur.

Bir modul tipli xəstəxana istifadəyə verilir. Bunlar hamısı dolmuş olsa belə, ölkəmizdə yataq sayı kifayət qədərdir ki, məktəbə və ya digər yerlərə ehtiyac qalmasın”.

“Xəstəxanalar təkcə yataq sayı ilə deyil, lazımi tibbi avadanlıqlar, süni tənəffüs cihazları ilə təmin olunub”, - deyə sədr əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
TƏCİLİ! Ata və oğul həbs olundu