Qaynar xətt:

(+99450) 247 90 86

\"Azərreyl\" çempion oldu - FOTO

İDMAN

1441

06.04.2018, 15:59

\"\"  Oxu24.com xəbər verir ki, Azərbaycan Super Liqasında 3-cü dövrənin oyunlarına yekun vurulub. Bu gün qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV dövrənin oyunları keçirilib. X tur çəçivəsində Azərreyl Voleybol Mərkəzində baş tutan oyunlarda ilk öncə “Abşeron” və “Lokomotiv” komandaları görüşüb. Daha sonra isə “Azərreyl” və “AVF” komandaları meydana çıxıb. Artıq yavaş yavaş Ölkə Çempionatında sona yaxınlaşan komandalar bu turda da güclərini ortaya qoyublar. Bu mövsümün çempionluğunu rəsmiləşdirən “Azərreyl”, “AVF” komandasını setlərdə 3-0 (25-10, 25-18, 26-24) hesabı ilə məğlub edərək, rəqibin gümüş medal şansını çətinə salıb.   Bu oyunun ən məhsuldar oyunçuları Katerina Jidkova və Anna Dovhopoliuk oldu. Hər iki hücumçumuz bu turda komandanın hesabına 15 xal yazdıra bildi.   Super Liqa 5 aprel X tur   AVF – “Azərreyl” – 0-3 (10-25, 19-25, 24-26) I dövrə: “Azərreyl” - AVF – 3-0 (25-23, 25-19, 25-13) II dövrə: AVF – “Azərreyl” – 0-3 (19-25, 22-25, 17-25) III dövrə: “Azərreyl” – AVF – 3-1 (25-21, 21-25, 25-16, 25-21)   “Lokomotiv” – “Abşeron” – 0-3 (15-25, 11-25, 15-25) I dövrə: “Lokomotiv” – “Abşeron” – 0-3 (21-25, 17-25, 19-25) II dövrə: “Abşeron” – “Lokomotiv” – 3-0 (25-22, 25-19, 25-13) III dövrə: “Abşeron” – “Lokomotiv” – 3-0 (25-11, 25-10, 25-17)