Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32497
az

Azərbaycanda küçəyə çıxma qadağası bu şəhərlərdə tətbiq ediləcək

10:2604 İyun, 2020
539
CƏMİYYƏT
  • A

Nazirlər Kabineti yanında Operativ Qərargaha karantin rejimi qaydalarının sərtləşdirilməsi barədə müraciət etdik.

Oxu24.com   xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:

"Yoluxmaların 200-dən artıq olması, bizə bu müraciəti etmək üçün məcburiyyət yaratdı. Bu səbəbdən həftənin cümə günü axşamdan, bazar ertəsindək küçəyə çıxma qadağası tətbiq olunacaq. Bakı, Sumqayıt, Abşeron, Gəncə, Lənkəran şəhərlərində bu qaydalar tətbiq olunacaq".

O bildirib ki, bayram günlərində də küçəyə çıxma qadağası tətbiq oluna bilər:

"Təklifimiz Operativ Qərargah tərəfindən qəbul edilib. Beynəlxalq təcrübədə də bu qadağa tətbiq olunmaqdadır. Biz bayram günlərində arxayınlaşaraq qaydalara əməl etmədiyimiz üçün yoluxmalar artmaqda davam etdi. Beynəlxalq təcrübəyə əsaslanaraq bu təkliflə müraciət etdik. Digər ölkələrdə aparılan analizlər əsasında bu qadağanın effektiv olduğu sübut olunub".

R.Bayramlı əlavə edib ki, detallar barədə sabah ictimaiyyətə məlumat veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün həlak olan əsgərin FOTOSU

Siqaret çəkmək haramdır? - AÇIQLAMA
"ChatGPT" bütün dünyada sıradan çıxdı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı