Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32443
az

Azərbaycanda tükürpədici hadisə: Gənc oğlan səsini yazıb özünü tövlədə  asdı (18+VİDEO)

12:5103 İyun, 2020
3387
18+
  • A

Azərbaycanda  tükürpədici hadisənin illər sonra   şok  təfərrüatı  üzə  çıxıb.
Oxu24.com   xəbər  verir  ki, Ucar  rayonu,Küçəkənd kəndi ərazisində  özünü  asaraq  intihar  edən  gəncin  telefonda  intihardan əvvəl  şok  səs  yazısı  tapılıb.

Hadisə ilə  bağlı   Oxu24.com   saytına   açıqlama  verən  Əfruz Umarova  bildirib  ki,  oğlu  Şəmistan   Umarov 14.08.2018-ci il  tarixində   yaşadığı  evin  tövləsində  özünü  asaraq  intihar  edib.

Qadının  sözlərinə  görə, oğlunun  asılmış  meyitini   bibisi  Xuraman  tapıb.

“Oğlumun  asılmış  meyitini  bibisi  görüb. Artıq  onu  tapanda  ölmüşdü.Sonra  onun  mobil  telefonunda baxanda   səs  yazısını  tapdıq. Səs  yazısı  intihardan  bir  neçə  dəqiqə  əvvəl  qeydə  alınıb.  Oğlum   orada  onu   intihar   etməyə   məcbur  edən  şəxslərin  adını   açıqlayıb.”

Əfruz  Umarovanın  sözlərinə  görə, oğlu  Şəmistan Nərgiz  adlı  qızla  ailə  həyatı  qurub. Övladları  doğulana   qədər   ailədə  hər  şey   normal  olub.  Daha  sonra  söz-söhbətlər  baş   verdikdən  sonra   qız  atası  evinə  gedib. 

“Gəlinimiz  acıq  edib  atası  evinə  getmişdi. Oğlum da onun  arxasınca  getdi. Amma  evə  gəlməkdən  imtina etdi  gəlin. Bu hadisədən  sonra  gəlinin  anası  və  qardaşları  oğluma  təyziq  etməyə  başladı. Ona hədə-qorxu  gəlirdilər. Şəmistan  bu  hədə-qorxulardan  bezdiyi  üçün  özünü  asıb. Özünün  yazdığı  səs  yazısına  hər şeyi  açıq  deyib. Onun telefonundan “Salam, bu səsi  yazıram ki, məni Hikmət, Minayə  bir  də  Nəsib  məcbur  etdi ki, özümə  qəsd  edəm.Telefonu  axtarıb  səs yazımı  tapsınlar.Anam,ailəm ,uşağım size çox  sevirəm.Hələlik, məni  məcbur  edən  bu insanlar oldu”.”

 

(İntihar  edən şəxsin anası)

Əfruz  Umarovanın  sözlərinə  görə  səs yazısında  adı  hallanan  şəxslərdən Minayə oğlunun  qayınanası digər  şəxslər  isə  onun  qayınlarıdır.

Qadın açıqlamasında  bildirib  ki,  bu səs yazısının  olmasına  baxmayaraq  adları hallanan  şəxslər  məsuliyyətə  cəlb  edilməyib. Ananın  bu  gün  narahatlığı  da məhz  bununla  bağlıdır.

“Həmin  adamlar  indi  də  kiçik  oğlumu  ölümlə  hədələyir. Qorxuram ki, ona  də  nəsə  olar.  Hədə-qorxularla  bağlı  dəfələrlə  rəsmi   şəkildə  şikayət  etmişəm. Amma  heç  bir  nəticə  yoxdur. Gəlib  evimizdən  qızımın  əşyaların  aparıblar. Xahiş  edirəm ki,  bununla  bağlı   tədbir  görülsün.”

Oxu24.com istintaq materialları  ilə  tanış  olub. Materiallardan  məlum  olur  ki, iş  müstəntiq, II dərəcəli  hüquqşünas  Elvin Teymurzadənin  icrratında  olub. İş  üzrə  təyin  edilmiş  məhkəmə-fofonskopik ekspertiziyasının  qəraraına  görə, 31.01.2019-cu il tarixli 758 nömrəli rəyində  göstərir ki, qeyd  olunan   səs  montaj  deyil.Ekspertiza  qərara  gəlib ki,intihar  edən  şəxsdə yüngül  dərəcəli əqli gerilik xəstəliyinin kəskinləşməsi  prosesi  baş  verib.Bu səbəbdən  də  intihar  edib. Bu  səbəbdən də  cinayət  işinin  başlanmasına xitam  verilib.

Qadın bu rəylə  razı  olmadığını  bildirib.

“Mənim  oğlum  əqli  cəhətdən  qüsurlu  olsaydı  hərbi  xidmətə  gedə bilməzdi.O normal  insan  idi.İşləyirdi, sürücülük  vəsiqəsi  var idi. Mal-qoyun  alveri  ilə  məşğul  olurdu. Sizcə, əqli  geriliyi  olan  şəxs  bu  işləri  görə  bilərmi?Bizdə  o rəyin  verilməsində  müəyyən  şübhələr  var. Bununla  bağlı  cənab  Baş  prokuror  Kamran  Əliyevə  də  rəsmi  müraciət  etmişik. Ümid  edirəm  ki,  cənab  prokuror   bu  məsələyə  ədalətli  qərar   verəcək. Mənim  istəyim  ailəmizə  qarşı  təyziqlərin  dayandırılması   və  günahı   olan  şəxslərin  cəzalandırılmasıdır.”

Oxu24.com  intihar  edən  şəxs  Şəmistan Umarovun intihardan  əvvəl  qeydə  aldığı  səs  yazısını  təqdim   edir:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gizli “whatsapp” yazışması, küçədə qətl - Azəbaycanda küçədə öldürülən qadın görün kim imiş (18+foto)
SON DƏQİQƏ! Ordumuz meşədə gizlənən erməni terrorçuları  belə məhv etdi (18+VİDEO)
Azərbaycanda tükürpədici hadisə: Gənc oğlan səsini yazıb özünü tövlədə  asdı (18+VİDEO)

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Azyaşlı qızını ağladığı üçün suda boğaraq öldürübmüş... - RƏSMİ