Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3242
az

Erməni iş adamının şirkəti Azərbaycanda fəaliyyətə başladı - ŞOK!

15:4228 İyun, 2018
3610
KRİMİNAL
  • A

Ötən il yerli mediada milliyətcə erməni biznesmenin Azərbaycanda iş quracağl barədə xəbərlər yayıldı. Məlumatda bildirilirdi ki, Tiqran Xudaverdiyanın "Yandeks.Taksi” şirkətinin ölkəmizdə nümayəndəliyi yaradılır.

Ardınca 2017-ci ilin iyul ayında "Yandeks” və "Uber” şirkətlərinin Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn taksi sifarişi üzrə xidmətlər və biznesin birləşdirilməsi barədə sazişin imzalandığı deyildi. Bu barədə qonşu ölkənin nüfuzlu mediası məlumat dərc etdi.

Minval.info-ya daxil olan bilgiyə görə, artıq bir həftədir ki, sözügedən şirkətlər Azərbaycanda birgə fəaliyyət göstərir. "Uber”də çalışan taksi sürücüləri "Yandeks” üçün işləməyə başlayıb. Onlar isə Tiqran Xudaverdiyanın rəhbərlik etdiyi şirkətdə çalışmaqdan məmnun deyillər.

Bununla Azərbaycan bazarına daxil olan erməni əsilli sahibkar ölkəmizdən gəlir əldə edir.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev məsələ ilə bağlı minval.infoya açıqlama verib.

"Əvvəla onu bildirim ki, bu məsələ ilə bağlı hələ ilin əvvəlində biz öz mövqeyimizi açıqlamışdıq. İndi bir daha həmin mövqeyimizdə qaldığımızı bildirmək istərdim. Ölkəmizin milli maraqları, xalqımızın milli mənafeyinin qorunması BNA və onun hər bir əməkdaşının gündəlik fəaliyyətinin əsasını təşkil edir. Qeyd edildiyi kimi, adıçəkilən şirkətin Ermənistan vətəndaşı və ya erməni əsilli digər bir ölkə vətəndaşı ilə fərq etməz birbaşa və yaxud dolayı yolla əlaqəsi varsa, o zaman Bakı Nəqliyyat Agentliyi həmin şirkətlə əməkdaşlıq edən taksi sürücülərinə fərqlənmə nişanının verilməsini dayandıracaq. Bakı Nəqliyyat Agentliyi həmçinin taksi xidmətilə məşğul olan sürücüləri də bu cür şirkətlərlə əməkdaşlıqdan çəkinməyə çağırır”.

 
Mais bəy bir daha qeyd edib ki, ölkəmizin milli maraqları və xalqımızın milli mənafeyi hər şeydən üstündür və toxunulmazdır:” "Uber” və digər sifarişli taksi xidməti göstərən şirkətlərin qeydiyyatı Bakı Nəqliyyat Agentliyi tərəfindən deyil, müvafiq dövlət qurumu tərəfindən aparılır. Agentlik yalnız həmin şirkətlərlə əməkdaşlıq edən sürücülərin nəqliyyat vasitələrinə fərqlənmə nişanının verilməsini təmin edir”.

Qurum sözçüsü həmçinin bildirib ki, insanlarımız bir qədər məsələyə həssas və ya vətəndaşlıq mövqeyindən yanaşmalıdır: "Əgər bir şirkət hansı ki, onun erməni əsilli kiminləsə əlaqəsi varsa onun göstərmiş olduğu mal və xidmətlərdən imtina etməlidir. Biz sürücülərə tövsiyyə edirik ki, "Uber”lə əməkdaşlıq etməsinlər. Təbii ki, əgər iddia edilən fakt doğrudursa”.
 
Günün təklif olunan videosu Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha tez-tez yerkökü və pomidor yeyin

20 yaşlı gənci maşın vurdu
Avtobus "Kamaz"la toqquşdu: xəsarət alanlar var -VİDEO

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin