Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32396
az

Keçmiş məmurun qızı indi də mətbuatı söydü

19:0502 İyun, 2020
448
CƏMİYYƏT
  • A

Bakı Lifttəmir İstehsalat Birliyinin keçmiş rəhbəri Qüdrət Şükürovun qızı, qalmaqallı hadisələrlə mediada müzakirələrə səbəb olan Aysel Şükürova bu dəfə median təhqir edib. 
A.Şükürova sosial şəbəkədə onun atası ilə bağlı başladılan cinayət işi haqda rəy yazan şəxsi təhqir etməsinin ictimailəşdirilməsinə sərt reaksiya verib:
“Yenə xəbər saytları reytinq görüblər. Hamısı başlayıb bilib-bilmədən yazmağa. Kimin əlinə bir “screen” keçirsə araşdırmadan yazırlar. Ona görə jurnalist yox, elə həmişə zurnalist olaraq qalırsınız. Xəbər paylaşanda araşdırmaq lazımdır. 
Sözüm hamıya aid deyil, amma zurnalistlərədir. Hadisə necə olub? Kim nə deyib? Yoxsa qarşı tərəfin təhqirlərini silib paylaşmağa nə var ki?! Günahı olmayan körpələrimin şəkillərini paylaşıb insan hüquqlarından danışmağa nə var ki?!  
Mən niyə günahsız birinin şəkillərini səhifəmdə paylaşmıram? Əgər biri  haqlı olsa, gedib məhkəməyə verər. Haqlı olmadığı üçün sizin yanınıza qaçıb. Amma mən haqlıyam, məhkəməyə də verəcəyəm, polisə də və siz də görəcəksiniz ki, kim haqlıdır bu söhbətdə. 
Mənə qarşı, ailəmə qarşı təxribatlarla bizi gözdən sala bilməzsiniz. Sevənlərimiz bizi onsuz da dəstəkləyəcək. Çünki məni tanıyırlar, düz olduğumu, səhv edən birinin qarşısında susmadığımı bilirlər. Guya, siz fəallarsınız? Fəal olmaq şüvənlik etmək deyil. Araşdırıb düzün tərəfini tutmaqdır, zurnalistlər”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı