Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32393
az

Bıçağı qardaşımın boğazına çəkdim, dünyam qaraldı - VİDEO

18:2002 İyun, 2020
727
KRİMİNAL
  • A

Oxu24.com xəbər verir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə 1966-cı il təvəllüdlü, Gədəbəy rayonu Hacılar kəndində dünyaya gələn Vəliyev Şahbaz Əmiraslan oğlu öz həyat hekayəsini danışıb.

Vəliyev Şahbaz Əmiraslan oğlu - Məhkum (Cəzası 11il): Atam, anam rəhmətə gedəndən sonra vəziyyətimiz yaxşı olmadı. Qardaşımla problem yaşadım. Özümdən də çox istədiyim qardaşıma ev də verdim, ailəmi də dağıtdı. Çəkilib bir kənarda yaşayırdım amma yenə məndən əl çəkmirdi. Deyirdim get özün üçün yaşa.

Kaş özümdə qüvvə tapıb gedib polisə müraciət edəydim, onu vurmazdım. Əmimə, dayıma yalvarırdım ki, gəlin bu problem həll edin, yoluna qoyun amma qoymadılar. Axırda gəldi mənə bir təpik, iki təpik vurdu yalvardım eşitmədi məni. Axırda yekə külqabını götürüb başıma vurmaq istəyəndə bıçaqla üzünə bir xətt çəkmək istəyirdim ki, aralaşsın, gedib məni bıçaqla həsb etdirsin, şərləməsin məni. Bıçağı bir-iki dəfə çəkdim, üçüncüdə üzünə çəkmək istəyəndə boğazına dəydi.

50 dəfə yalvardım, üzr istədim, qardaş bağışla dedim amma gec idi. Dünya başıma fırlandı.

Qardaşımı mən özümdən çox sevirdim. Hamıya nəsihət verirdim ki, şər xətadan, cinayətdən, qardaşımdan uzaq olun. Bu dəfə qardaşım məni elə yerdə, içkili vəziyyətdə yaxaladı, elə söyüşlər söydü ki, cinayətdən yan qurtula bilmədim. Əsəbimi cilovlaya bilmədim, əlimi bıçağa atdım, dünya gözümdə qaraldı.

Hadisəni törədəndən sonra bütün tanışlar, qohumlarla görüşüb özüm gedib polisə təslim olmuşam, törətdiyim hadisəni danışmışam. Amma hadisəni törədəndə o ölməmişdi. İçəridə olanda xəbər gəldi ki, ölüb.

Qohum, qonşu, ağsaqqal, ağbirçək vaxtında çıxıb bizi danlasaydı, bu hadisə baş verməzi, amma heç kim çıxmadı.

3 övladım var, bacılarım yanıma gəlirlər".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı