Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32385
az

190 manat iyunda veriləcəkmi? - RƏSMİ AÇIQLAMA

14:3802 İyun, 2020
760
CƏMİYYƏT
  • A

Karantin rejimi yumşaldılır. Əmək bazarı da artıq qismən canlanıb.

Ancaq buna baxmayaraq, 190 manat birdəfəlik ödəmənin iyun ayında da verilməsini gözləyən, hətta tələb edən vətəndaşlar var.

Elə bir neçə gün öncə Milli Məclisdə deputat Əli Məsimli tərəfindən də ödəmənin bu ay da verilməsi təklif olunmuşdu.

Oxu24.com  BAKU.TV-yə istinadən xəbər verir ki, iyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbovun sözlərinə görə, insanlar artıq öz gəlirlərini formalaşdırırlar və qazanclarını əldə edirlər. 190 manatlıq birdəfəlik ödəmə aprel-may aylarında evdə qalan vətəndaşlar üçün nəzərdə tutulmuşdu.

Nazirlik eyni zamanda pandemiya dövründə əsassız yerə işdən çıxarılanlarla bağlı nəzarət sistemini gücləndirib.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı artıq 9 işəgötürən barəsində məlumatları hüquq-mühafizə orqanlarına təqdim edib.

Dövlət Əmək Müfəttişliyi Xidməti bütün işəgötürənlərin diqqətinə çatdırır ki, əmək müqavilələrinə əsassız xitam verilməsi halları ilə bağlı qəti tədbirlər bundan sonra da davam etdiriləcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kamran Əliyevdənyeni təyinatlar - FOTOLAR
Bakıda avtobus bardürə çıxdı- Video
“Beş saniyə ilə ölümdən xilas oldum”- Video

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Qazaxda evdə yanğın -VİDEO