Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32368
az

ƏHALİYƏ XƏBƏRDARLIQ - Karantin qaydaları yenidən sərtləşdirilə bilər - VİDEO

10:3502 İyun, 2020
2301
REDAKTORUN SEÇİMİ
  • A

"Karantin rejminin yumşaldılması və sərt qadağaların aradan qaldırılması insanlarda məsuliyyətsizlik yaratmamalıdır.

Çünki virus hələ bitməyib və ciddi təhlükə qalmaqdadır".

Oxu24.com   Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, dövlət tərəfindən atılan qətiyyətli addımlar nəticəsində xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirildi, ölüm halları çox aşağı səviyyədə oldu. Ancaq qaydalar yumşaldıldıqdan sonra yeni yoluxma hallarının sayı artıb, əldə edilən pozitiv nəticə artıq itməyə başlayıb.

Bunun da əsas səbəbi insanların özlərinin və yaxınlarının sağlamlığına biganə yanaşmalarıdır. Halbuki insanlar qaydaların yumşaldıldığı bu günlərdə daha məsuliyyətli olmalı, virusla mübarizədə bəzi tədbirləri həyat tərzlərinə çevirməli, şəxsi gigiyenalarına xüsusi diqqət yetirməlidirlər.

İbadulla Ağayev deyib ki, son günlər virusa yoluxanların sayı durmadan artır.

Əgər bu tendensiya davam edərsə, dövlət yenidən karantin qaydalarını sərtləşdirməli olacaq.

Xüsusilə bu günlərdə ictimai yerlərdə, iaşə obyektlərində daha diqqətli olmaq lazımdır.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkdar artistin oğlu soyuqdəymədən öldü
Cərimələrin bir qismi bu şəxslərin maaşına əlavə olunacaq
Azərbaycanda molla əxlaqsızlığa görə tutuldu

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı