Göyçay rayonunda yeniyetmə oğlan bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə mayın 31-də axşam saat 19:00 radələrində Yuxarı Şirvan kanalının İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Rayonun Aşağı Qaraməryəm kənd sakini, 2004-cü il təvəllüdlü Cəbiyev İsmayıl Mehrah oğlu Yuxarı Şirvan kanalında çimərkən ehtiyatsızlıq edib və qəflətən suda boğulub.
Yaxınlıqdakı insanlar onun həyatını xilas edə bilməyib. Onun meyidinin tapılaraq sudan çıxarılması üçün əraziyə FHN-nin Mingəçevirdəki Aran dalğıc-axtarış qrupunun əməkdaşları hadisə yerinə cəlb edilib. Hazırda axtarış işləri davam etdirilir.
Oxu24.com
ŞƏRHLƏR