Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32286
az

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi günüdür

01:1401 İyun, 2020
844
CƏMİYYƏT
  • A

1 iyunun Uşaqları Beynəlxalq Müdafiə günü kimi qeyd olunması 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qərara alınıb

Oxu24.com xəbər verir ki, həmin gün təşkil olunan Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi tarixə düşüb. 1954-cü ildə BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən bu günün 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyə olunub.

Dünyanın əksər ölkələrində olduğu kimi bu gün Azərbaycanda da keçirilir.

Uşaqlarla bağlı bəyannamədə yazılır: "Bəşəriyyət məcburdur ki, uşaqları ən yaxşı şəkildə təmin etsin".

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ölkədə uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması və ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə 22 dekabr 2008-ci ildə sərəncam imzalayıb. Sərəncama görə 2009-cu il Uşaq ili elan olunub.

Qeyd edək ki, Uşaqları Beynəlxalq Müdafiə günü ilə yanaşı BMT-nin Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar günü də qeyd edilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məşqçinin təcavüz etdiyi tennisçiyə bu qədər təzminat ödəniləcək
Türkiyə şirkətləri azad olunmuş ərazilərdə 50-yə yaxın layihə icra edir - Əli Əsədoov
Kütləvi zəhərlənməyə səbəb olan sahibkarlardan biri DANIŞDI - VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR