Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3219
az

Bakıda BÖYÜK TIXAC yaranıb - Sürücülər, DİQQƏTİ OLUN!

17:1027 İyun, 2018
1058
CƏMİYYƏT
  • A
“Hazırda Tbilisi istiqamətindən başlayaraq, “20 Yanvar dairəsi”, Abşeron və Sumqayıt istiqamətində hərəkət sıxlığı yaşanır”.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Metbuat.az-a açıqlamasında bu barədə məlumat verib.
Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi istiqamətində asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı bu gün səhər saatlarından etibarən sözügedən istiqamət üzrə avtomobillərin tıxacı yaranıb.

Vaqif Əsədov yaranan tıxacla bağlı sürücülərə xəbərdarlıq edib:

“Bu gün Avtovağzal kimi tanınan ərazinin yaxınlığından Sumqayıt istiqamətində yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı işlərə start verilib. Sumqayıt və Abşeron istiqamətində yol nə qədər enli olsa da, avtomobillərin hərəkəti ilə bağlı çətinlik yaranıb. Nəticədə, Tbilisi prospekti, “20 YaNvar dairəsi”, Abşeron və Sumqayıt istiqamətində tıxac formalaşıb. Hazırda da sözügedən ərazidə hərəkət sıxlığı yaşanır. Alternativ yol kimi sürücülər Bakı Dairəvi-1 - Lökbatan-Hocahəsən avtomobil yolları, Binəqədi şosesi - Binəqədi-Biləcəri (4-cü qapı küçəsi), Binəqədi-Novxanı-Masazır, Bİnəqədi-Novxanı-Corat avtomobil yollarından istifadə edə bilərlər”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb