Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32162
az

Namazdan sonra bu duanı oxuyun  —  Ruziniz artacaq,çətin işiniz həll olunacaq

11:3029 May, 2020
1796
MARAQLI
  • A
Hər namazdan sonra oxunan ayələr insanın çətin işini  asan edər, ona ruzi verər.
Oxu24.com xəbər  verir  ki, bununla  bağlı Hacı Şahin cümə  söhbətləri  zamanı  açıqlama  verib.
O, namazdan  sonra  oxunacaq  duanı  açıqlayıb.
 

Namazı qılıb qurtardıqdan dərhal sonra qiblədən dönməmək şərti ilə yerinə yetirilməsi müstəhəb olan bəzi əməllər var. Dini kitablarda bu mövzuda yüzlərlə irili-xırdalı dua və ibadət əməlləri haqqında məlumat verilir.

Bunlara ümumiləşdirilmiş şəkildə təqibat deyilir. Aşağıda onlardan bir neçəsini diqqətinizə təqdim edirik. Qeyd edirik ki, bu düaların heç birini oxumaq vacib deyil, bunlarsız da namaz məqbul sayılır. Bunları etmək sadəcə olaraq insana savab gətirir. Özü də bunların hamısını etmək insanın vaxtının və fiziki imkanlarının xaricindədir. Ona görə də təqibatın hansı birini etmək hər kəsin öz zövqünə və imkanına bağlı olan məsələdir. Əsas olan budur ki, insan namazdan sonra dualarla özünü yormasın, bunları könüllü surətdə, istəyərək yerinə yetirsin. Yalnız bu halda Allah həmin təqibatı insandan qəbul edər.

Namazın salamlarını deyib qurtarandan sonra diz üstə oturmuş vəziyyətdə əlləri qulaqların bərabərinə qaldırıb üç dəfə uca səslə təkbir (Allahü əkbər) söyləmək müstəhəbdir.

Namazdan sonra şükr səcdəsi etməyin də savabı var. Şükr səcdəsi etməyin qaydası budur ki, insan Allaha şükr niyyəti ilə alnını yerə qoyub, «şükrən lillah» zikrini və ya şükr mənasını ifadə edən hər hansı başqa zikri söyləsin. Bu zikri 3, 7 və ya 100 dəfə söyləmək olar. Müstəhəbdir ki, insan şükr səcdəsi edərkən Allahın ona verdiyi müxtəlif nemətləri göz önünə gətirsin, Allahın böyüklüyü və əzəməti haqqında düşünsün, ən azından, bu namazı qıla bilməsi üçün ona fürsət verdiyinə görə Allaha şükr etsin.

Namazdan sonra Həzrət Fatimeyi-Zəhranın (ə) zikrini söyləmək də savabdır. Bu zikrin qaydasını vaxtilə Həzrət Mühəmməd Peyğəmbər (s) öz qızı Fatiməyə (ə) öyrətdiyi üçün, Fatimənin zikri (və ya təsbihi) kimi məşhurlaşıb. Qaydası budur ki, əvvəlcə 34 dəfə Allahü əkbər, sonra 33 dəfə Əlhəmdü lillah və 33 dəfə Sübhan Allah deyilir. Zikrləri düzgün saya bilmək üçün ya təsbehlə, ya da barmaqların bükümü ilə saymaq məsləhətdir. Zikr bitdikdən sonra «La ilahə illəllah» söyləmək və bu duanı oxumaq da savab sayılır: «Əşhədu ən la ilahə illəllahu vəhdəhu la şərikə ləh. Ilahən vahidən əhədən fərdən səməda. Ləm yəttəxiz sahibətən və la vələda» (Tərcüməsi: Şəhadət verirəm ki, Allahdan savayı məbud yoxdur. O, məbuddur, təkdir, vahiddir, bənzərsizdir, ehtiyacsızdır, nə dostu, nə də övladı var).

Namazdan sonra Peyğəmbərə və Əhli-beytə salavat söyləməyin də hədsiz savabı var. Belə ki, salavatı aşağıdakı şəkillərdə söyləmək olar: «Allahümmə səlli əla Mühəmmədin və ali-Mühəmməd. Vəc’əl li min əmri fərəcən və məxrəcən vərzüqni min heysü əhtəsib və min heysü la əhtəsib» (Tərcüməsi: «Ilahi, Sənin salavatın olsun Mühəmmədə və Onun nəslinə. Mənə çətin halımdan nicat və xilas ver, mənə bildiyim və bilmədiyim yerdən ruzi yetir»). Rəvayətə görə, bu duanı Cəbrail zindanda olan Yusif Peyğəmbərə (ə) öyrətmiş, o da bu duanı oxuyaraq həbsdən azad olmuşdu. Salavatın başqa bir şəkli belədir: «Allahümmə səlli əla seyyidina Mühəmmədin və əla ali-seyyidina Mühəmməd».
Namazdan sonra bu təsbihatı da oxumaq olar: «Sübhan Allahi vəlhəmdü lillahi və la ilahə illəllahü vəllahü əkbər. Və la hövlə və la qüvvətə illa billahil-əliyyil-əzim» («Allah müqəddəsdir, Allaha həmd olsun, Allahdan savayı məbud yoxdur və Allah böyükdür. Qüdrət və qüvvət yalnız uca və əzəmətli Allaha məxsusdur»).

Namazdan sonra ayətül-kürsini (Bəqərə, 255-257), Fatihə və Qədr surələrini də oxumaq müstəhəbdir. Həmçinin, Imam Mehdinin (ə) zühurunun tezləşməsi üçün dua etmək də savabdır. Bu barədə aşağıdakı duanı oxumağın savabı böyükdür: «Allahümmə kun li vəliyyikəl-Hüccət ibnil-Həsən. Sələvatükə əleyhi və əla abaihi fi hazihis-saəti və fi külli saəh. Vəliyyən və hafizən və qaidən və nasirən və dəlilən və eyna. Hətta tüskinəhü ərzəkə töv’ən və tüməttiəhü fiha təvila» (Ilahi, öz dostun Hüccət ibn əl-Həsən (yəni imami-zaman, Sənin salavatın Ona və əcdadına olsun) üçün indi və bundan sonra da həmişə dost, qoruyucu, rəhbər, köməkçi, bələdçi və görən göz kimi ol. Ta ki Onu möminlərin razılığı ilə Sənə məxsus olan Yer üzündə sakin (hakim) et və Ona uzun ömür ver».

 
Ətraflı  videonu  təqdim  edirik:
 
 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Namazdan sonra bu duanı oxuyun  —  Ruziniz artacaq,çətin işiniz həll olunacaq

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi