Son sutka ərzində Türkiyədə koronavirusa yoluxan və ölən insanların sayı açıqlanıb.
Oxu24.com xəbər verir ki, ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, ötən gün ərzində daha 34 nəfər koronavirus səbəbindən ölüb. Beləliklə ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 431-ə çatıb.
Nazir sosial şəbəkədə bildirib ki, sutka ərzində COVID-19-a daha 1 035 yoluxma qeydə alınıb. Beləliklə, ölkədə koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların ümumi sayı 159 797 təşkil edir.
Son gün ərzində Türkiyədə daha 1 286 nəfər virusdan sağalıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 122 793-ə çatıb.
Oxu24.com
ŞƏRHLƏR