Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32071
az

Restoran sahibindən gözlənilməz addım: Maşın yoluna masa qoydu - YENİLƏNİB + FOTO

13:2727 May, 2020
546
CƏMİYYƏT
  • A

“Masalarımızdan biri sadəcə, bir gün müddətinə yol kənarına qoyulub”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Əli Əliyev küçəsi, 19 ünvanında yerləşən “Dolce Vita” restoranının nümayəndəsi Sultan Quliyev deyib.

O bildirib ki, sosial şəbəkədə yayılan fotoda yol qırağına qoyulan masa bu gündən etibarən oradan götürülüb:

“Masalar anbardan gətirilmişdi. Söhbət ötən gündən gedir. İçəridə yer olmadığı üçün bir günlük masanı küçədə avtomobil yoluna qoyduq. Həmin gün ərzində bu masada müştəri də qəbul etmişik. 

Masanın avtomobil yolunun kənarında uzun müddət bu formada saxlanılması nəzərdə tutulmayıb. Artıq həmin masa oradan götürülüb. Bununla bağlı qərar və təşəbbüs özümüzə aiddir”.

Xatırladaq ki, avtomobil yolunun kənarına qoyulan masa vətəndaşların diqqətini çəkib. Bu, sosial şəbəkədə müzakirələrə səbəb olub.

12:18

Bakıda restoranlardan biri avtomobil yolunun hərəkət hissəsini qanunsuz olaraq zəbt edib.

Oxu.Az xəbər verir ki, paytaxtın Əli Əliyev küçəsi, 19 ünvanında fəaliyyət göstərən restoranın sahibi qeyri-adi addım atıb.

Restorana müraciət edən müştərilər üçün hətta avtomobil yolunda da masa qoyulub. 

“Dayanma-durma qadağandır” nişanının yaxınlığında qoyulan masanın fotosu sosial şəbəkələrdə paylaşılıb. Şəbəkə istifadəçiləri bunun doğru olmadığını və hər hansı bədbəxt hadisənin baş verə biləcəyini bildiriblər.

Həmin fotoları təqdim edirik

:

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi