Bakıda 11 yaşlı uşağın dilənçilik etmədiyi üçün atası tərəfindən bıçaqlanması faktı ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Oxu24.com - a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Polisdən bildirilib ki, sözügedən fakt nəzarətə götürülüb.
Qeyd edək ki, Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində İsmayılov Fikrət Hüseynqulu oğlu, 2009-cu il təvəllüdlü övladı Canəli İsmayılovun dilənçilik etmədiyi üçün baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib.
Uşaq xəstəxanaya çatdırılıb.
Oxu24.com
ŞƏRHLƏR