Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32025
az

Şok: Körpəni diri-diri dəfn etdilər - Qəbri təkrar qazdıqda isə...

17:2526 May, 2020
1253
DÜNYA
  • A

Hindistanın Qucarat ştatında valideynlər öz körpələrini səhvən diri-diri torpağa basdırıblar.

Oxu24.com xəbər verir ki, bu barədə “The Indian Express” qəzeti məlumat yayıb.

Məlumata görə, yoldan keçən bir nəfər qızcığazı xilas edib. Belə ki, o, qəbiristanlığın yanından keçərkən qəbirdən səs gəldiyini eşidib. Qəbirin yenidən qazılmasına kömək etməsi üçün qonşularını çağırıb. Sonra isə həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə çağırılıb.

Yerli sakinlər təcili tibbi yardımı gözləməməyi qərara alıb və qəbirdən çıxan uşağı özləri poliklinikaya aparıblar. Həkimlər körpəni tanıyıblar. Məlum olub ki, o, bir gün əvvəl elə bu poliklinikada dünyaya gəlib. Körpə hamiləliyin 24-cü həftəsində, yəni vaxtından iki ay yarım əvvəl doğulub. Poliklinikada yeni doğulmuşlar üçün reanimasiya yox imiş, buna görə də həkim valideynlərə qızlarını özəl xəstəxanaya aparmağı tövsiyə ediblər.

Valideynlər özləri isə bildiriblər ki, uşaq özəl xəstəxanaya aparılarkən yolda hərəkət etməyi dayandırıb. Bundan sonra ailə onu dəfn etmək qərarına gəlib.

Xilas olunan qız reanimasiyaya alınıb, lakin o, 30 saatdan sonra keçinib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı