Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32022
az

SON DƏQİQƏ! Azərbaycan Ermənistandan BMT-yə şikayət etdi - Dünya ölkələri imza atdı

15:1126 May, 2020
4479
SİYASƏT
  • A
Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev "GUAM məkanında uzun sürən münaqişələr və beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün onların nəticələri" mövzusunda müzakirələr çərçivəsində BTM-nin Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb.
 
Oxu24.com  AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda martın 31-də Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən keçirilmiş qondarma "seçkilər"dən və bu qanunsuz fəaliyyətin beynəlxalq birlik tərəfindən kəskin pislənməsindən danışılır.
 
Müraciətdə deyilir ki, Ermənistan martın 31-də və aprelin 14-də Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda qanunsuz "seçkilər" keçirib. Qondarma "seçkilər" tamamilə qeyri-legitimdir, çünki Azərbaycan ərazilərinin davam etməkdə olan hərbi işğalının və burada aparılmış etnik təmizləmənin nəticələrindən irəli gəlir. Bu isə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin aşkar şəkildə pozulması deməkdir. Beynəlxalq birlik bir daha böyük səs çoxluğu ilə təsdiq edib ki, onun bu saxta "seçkilər"in nəticələrinin qəbuledilməzliyi, onların həqiqiliyinin kollektiv şəkildə rədd edilməsi və tanınmaması və deməli, heç bir təsir gücünün olmaması ilə bağlı mövqeyi ardıcıl və prinsipialdır.
 
Y.Əliyev qeyd edib ki, bununla əlaqədar, onun 2020-ci il 15 aprel tarixli (A / 74/805-S / 2020/301) məktubuna əlavə kimi beynəlxalq birliyin qeyri-legitim "seçkilər"lə bağlı mövqeyinin şərh olunduğu sənədin yenilənmiş versiyası qoşulub.
 
Məktubun sonunda deyilir: "Bu məktubun və ona qoşmanın - Təhlükəsizlik Şurası gündəliyinin və sənədinin 32, 37, 68, 70, 75 və 83-cü bəndləri üzrə Baş Assambleya sənədinin yayılmasına görə Sizə minnətdar olardım".
 
Sonra Beynəlxalq və regional təşkilatların, o cümlədən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, Avropa Şurasının, Avropa Parlamentinin, NATO-nun Qoşulmama Hərəkatının, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın – GUAM-ın, ATƏT-in Minsk qrupunun, ATƏT-in Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Türkdilli Ölkələrin Parlament Assambleyasının, habelə bir çox ölkələrin, o cümlədən Avstraliya, Bosniya və Herseqovina, Kanada, Çin, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Almaniya, İran, İtaliya, Yaponiya, Latviya, Montereqro, Moldova, Norveç, Pakistan, Polşa, Rumıniya, Səufiyyə Ərəbistanı, İsveçrə, Türkiyə, Ukrayna, Böyük Britaniya və Birləşmiş Ştatların qondarma "seçkilər"in keçirilməsini pisləyən, habelə Azərbaycanın işğal edilmiş ərazisində qondarma qurumun və oyuncaq rejimin tanınmaması faktını təsdiq edən bəyanatlarının siyahısı BMT-nin Baş katibinə təqdim edilib.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Azərbaycana GƏTİRİLDİ - FOTOLAR
Sabir Rüstəmxanlı bu şirkəti sərt tənqid etdi: “Yardımlıdayam, İrana xoş gəlmisiniz…”
Bütün dünya Azərbaycanın tərəqqiyə davam edəcəyini düşünür - Kelli Uillis

Google Chrome yeni funksiyanı təqdim edib

18+

Küçədə oğlan bıçaqlandı (18+VİDEO)
Ermənistan sərhəddə nə daşıyır? - GÖRÜNTÜLƏR
Məktəb direktoru müəlliməyə qoyun dedi -  Müəllimin üstünə təcili yardım gəldi
Alimlər xərçəngin yaranmasından bir neçə il əvvəl onu proqnozlaşdırmaq üçün bir üsul tapıblar
Masaj etdirdiyi qadını yaraladı - Yenidən 10 illik həbs olundu