Müğənni Nurlan Əzizbəylinin maddi durumunu ATV- də yayımlanan "Bizimləsən " verilişində açıqlaması mediada səs-küy yaradıb.
Bu müzakirəyə aparıcı Nazilə Səfərli də qoşulub.
O " Bizimləsən " verilişinin aparıcısı Zaur Baxşəliyevin incəsənət adamlarına dəstəyini alqışlayıb.
" Görünən kəndə nə bələdçi?Sənətkarların çoxu darda qalanda Zaur Baxşəliyevə üz tutur. Zaur da xalqın əli ilə o sənətkarı yıxıldığı yerdən qaldırır. Demək xalq Zaura inanır ki, onun səsinə səs verir. Hələ bu günə qədər bir sənətkarın alçalmasına əl qoymayıb. Heç kimi reytingə qurban verməyib. İndi ürəyimdən keçəni deyim. İstərdim ki, Zaur Baxşəliyevə Mədəniyyət Nazirliyində yüksək vəzifə verilsin".
ŞƏRHLƏR