Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3202
az

Erməni futbolçu Qəbələyə gəlməkdən qorxdu

11:1227 İyun, 2018
1271
DÜNYA
  • A
 Lüksemburqun “Proqres” klubu Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə keçirəcəyi səfər matçında erməni əsilli futbolçusu Aleksandr Karapetyanın xidmətindən yararlanmayacaq.

Oxu.Az xəbər verir ki, bu barədə Niderkorn komandasının fransalı meneceri Tomas Qilqeman açıqlama verib.

Qilqeman bu qərarı təhlükəsizlik məqsədilə və Ermənistan – Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiklərini etiraf edib:

“Karapetyan Azərbaycana səfərdən azad edilib. Onun fiziki forması qaydasında olsa da, özü Dağlıq Qarabağ münaqişəsinə görə Qəbələyə getmək istəmir. UEFA da təsdiqləyib ki, onun təhlükəsizliyinə cavabdeh deyil.

Biz öz oyunçumumuzu qorumalıyıq. 2015-ci ildə Dortmund “Borusiya”sının Henrix Mxitaryansız “Qəbələ” ilə oyuna getdiyini xatırlaya bilərik”.

Qeyd edək ki, “Proqres”lə ev oyunu iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Cavab oyunu isə iyulun 19-da Lüksemburqun “Düdelanj” stadionunda təşkil olunacaq. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Messinin ölməz olmasını istəyirlər: Di Mariyanın da…
Premyer Liqa klubları razılaşdı: maaş limiti tətbiq olunacaq

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı