Əməkdar incəsənət xadimi, məşhur bəstəkar Cavanşir Quliyev Xalq artisti Aygün Kazımovanın 16 il əvvəl lentə alınan səsyazısını ictimaiyyətə təqdim edib.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki,o, Feysbuk sosial şəbəkəsində Xalq artisti Zülfiyyə Xanbabayevanın oxuduğu "Məni daha gözləmə" mahnısının Aygünün də repertuarında olduğunu bildirib.
"Mahnı 2004-cü ildən sandıqda idi. Düşündüm ki, üzə çıxmasının zamanı gəlib", - C. Quliyev söyləyib.
Bəstəkar daha sonra qeyd edib ki, sözügedən mahnı ilk dəfə İradə İbrahimova üçün yazılıb: "Əslində, "Məni daha gözləmə" ilk dəfə İradə İbrahimova üçün bəstələnmişdi. Müxtəlif səbəblərdən alınmadı. Sonra Zülfiyyə oxudu, ardınca (Zülfiyyənin oxuması hələ efirə çıxmamış) Aygün də oxumaq istədi, icazə verdim. Amma şərtim var idi ki, efirə getməsin. Zülfiyyə mahnını efirdə çox oxuduğu üçün Aygünün səsini arxivimdə qorudum. Onların hər ikisini sevirəm və heç birinə zərər dəyməsini istəmirəm".
Qeyd edək ki, sözügedən mahnının sözləri Kamal Abdullaya məxsusdur.
Oxu24.com
ŞƏRHLƏR