Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32004
az

Erməni generaldan şok açıqlama: “Azərbaycanın əməliyyat planı var”

11:1626 May, 2020
709
HƏRBİ
  • A

“Azərbaycan türklərlə hərbi təlimlər həyata keçirir, dağlarda döyüş üsulları tətbiq edir. Ermənistanın nəzarət zonası yaxınlığında təlimlər keçirən Azərbaycan bununla idarəetmə sistemi, hərbi hissələrin koordinasiya edilməsi, hücum və əsas zərbə istiqamətini müəyyənləşdirir”.

Oxu24.com  xəbər verir ki, bu sözləri Ermənistan silahlı qüvvələrinin keçmiş komandanı, 1992-95-ci illərdə Ermənistan Baş Qərargah rəisi olmuş general-leytenant Norat Ter-Qriqoryants Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, təlim zamanı ordu praktik bacarıqlar əldə edir.

“Bu cür təlimlər zamanı düşmənlə toqquşmanın müxtəlif ssenariləri və hücum əməliyyatları hazırlanır. Lakin heç kim hərbi təlimlər keçirən Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi. Halbuki müharibədəki əsas şey düşməni aldatmaqdır. Bu, hərbi hiylədir. Və Azərbaycanın niyyətlərini gizlətmək üçün əməliyyat planı var”, - o deyib.

Erməni general, həmçinin, onu qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin dərhal təlim rejimindən real döyüş rejiminə keçmək planı var:

“Bu təlimləri yerinə yetirən Azərbaycan, eyni zamanda, erməni tərəfini yoxlayır. Azərbaycanın kəşfiyyatı çox yaxşı işləyir. Onların hətta İrəvanda da casusları var. Məsələn, İrandan turistlər gəlir. Siz elə düşünürsünüz ki, onlar yalnız iranlılardır? Onların arasında çox sayda azərbaycanlı var. Ona görə də onlar qəfildən maskalarını ata və bizə hər tərəfdən hücum edə bilərlər”, - deyə Ter-Qriqoryants vurğulayıb.

O, əlavə edib ki, belə bir ssenari 99% ehtimal olunur. //Axar.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Səfərbərlik Xidmətinin 218 əməkdaşı məsuliyyətə cəlb edilib
Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir
Yeni alınan hərbi təyyarələr haqda ilginc faktlar: Bir ədədin qiyməti… – VİDEO

İyul ayının ən şanslı bürcləri

18+

Dəhşətli hadisə kameraya düşdü: Ana və uşaq havaya "uçdu"
Metroda qadınların davası +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Həyətində çətənə kolları yetişdirən şəxs saxlanıldı