Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
32001
az

Evini təmir etmək üçün 4 evi soydu - VİDEO

11:5426 May, 2020
628
KRİMİNAL
  • A

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı martın 21-dən mayın 21-dək olan müddətdə rayonun Masazır kəndi ərazisindəki yaşayış komplekslərindən birində dörd mənzili talan edən Bakı sakini, 33 yaşlı Fərid Tahirov saxlanılıb.

Oxu24.com -un   məlumatına görə, araşdırma zamanı onun üç evdən qiymətli inşaat materialları və digər mənzildən isə 55 000 manat dəyərində məişət əşyaları oğurladığı məlum olub.

Fərid Tahirov ilkin ifadəsində törətdiyi cinayət əməlini etiraf edib. O, Masazırda yenicə mənzil aldığını, təmirə pulu olmadığı üçün qonşuluqda içi məişət əşyaları ilə dolu olan dörd evi soymaq qərarına gəldiyini bildirib.

Qarət etdiyi sonuncu mənzil yenicə evlənən cütlüyün imiş. Fərid Tahirov həmin mənzilə pəncərədən daxil olaraq, televizor, soyuducu, mətbəx mebeli, xalçalar, qab-qacaqlar, yataq dəstləri, divan –kreslo, yeni evlənən xanımın cehizlik mallarını və paltarlarını , eləcə də hamam tualetdə olan bütün aksesuarları öz şəxsi malı kimi götürüb. Hətta diqqət 
çəkməmək üçün xidmət taksisindən istifadə edərək, Bakıda kirayə tutduğu evə daşıyıb.

Əvvəllər biznes fəaliyyəti ilə məşğul olan şəxs tutduğu əməldən peşman olduğunu deyib. Faktla bağlı araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı
Qadını fotolarla şantaj edən şəxs saxlanıldı
Keçmiş məhkum 87 yaşlı qadına qarşı soyğunçuluq etdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı