Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
320
az

Qayınata qızının ərinə aşiq oldu - Səni dəlilər kimi sevirəm

15:2606 Aprel, 2018
1481
DÜNYA
  • A
İstanbulda baş verən olay eşidən hər kəsin heyrətinə səbəb olub.

Oxu24.com  Milli.Az -a istinadən xəbər verir ki, qayınata qızının yoldaşına aşiq olub, iddiaya görə hətta bunun üçün 3 yaşlı nəvəsindən də istifadə edib.
 
M.K. ilə sevgilisi E.K. 2012-ci ildə evlənib və bir il sonra da bir qız uşaqları olub. Ancaq qısa zamanda cütlük arasında münaqişələr yaranmağa başlayıb. İddiaya görə,  bu dönəmdə qayınata Yaşar I.-də yeznəsi E.K.-ya qarşı hisslər yaranmağa başlayıb. Zamanla bu münasibət sevgiyə dönüb.

Qayınatanın yeznəsinə qarşı bu yaxınlaşmasından dolayı ər-arvad olan M.K. ilə E.K.-nin ailə həyatları da sarsılmağa başlayıb. Evdə tez-tez yaşanan mübahisələrə görə, M.K. uşağını da götürərək, atasının evinə getmək məcburiyyətində qalıb. Bir müddət sonra ayrı yaşamağa başlayan cütlük boşanmaq qərarı verib.

Hələ boşanma üçün məhkəməyə müraciət edilməmiş, qayınata Yaşar I. 2016-cı ilin avqust ayından sentyabra kimi yeznəsinə ona qarşı hisslərinin olduğunu, onu dəlilər kimi sevdiyi ilə bağlı mesajlar yazmağa başlayıb.

Yeznəsindən qarşılıq görməyən qayınata "Sənə haqqımı halal etmirəm, ömrün boyunca sevgiyə möhtac yaşa. Allah şahiddir ki, mən 2012-ci ilin 24 fevral günündən bu yana sənə heç vaxt xəyanət etmədim" mesajını yazıb.

İNTİQAM ÜÇÜN NƏVƏSİNDƏN İSTİFADƏ ETDİ

Boşanmaq üçün məhkəməyə müraciət edildikdən sonra M.K. 3 yaşlı qızıyla atası Yaşar I.-nın evində yaşamağa başlayıb. Yaşar I. yeznəsini qəzəbləndirmək və acıq çıxmaq üçün iyrənc niyyətinə görə nəvəsindən istifadə edib. Yataqda yarıçılpaq halda nəvəsiylə çəkdiyi fotoları sosial şəbəkədən qızının keçmiş ərinə göndərib. Bundan sonra keçmiş yeznə fotoları prokurorluğa təqdim edərək şikayət edib.

 
Yaşar ifadəsində: "Mənim 50 yaşım var. 5 övladım var. Bundan əlavə də 5 nəvəm var. İttihamları qəbul etmirəm" deyib.

Yaşarın qızı atası barədə xəbərlə bağlı məhkəmədə "O mənim atamdır. E.K. da mənim keçmiş ərimdir. Qızımın vəkalətini almaq üçün atama belə bir şər atır. Bu iddiaları qəbul etmirəm. Atam isə qızıma qarşı hər hansı cinsi istismar xarakterli heçnə etməyib. Mənim atamdan şikayətim yoxdur. Atama şər atdığı üçün ərimdən şikayətçiyəm" ifadələrini işlədib.

E.K. beş ildir evli olduqlarını və evlilikləri zamanı mübahisələrinin də məhz arvadının atasına görə baş verdiyini deyib:

"Arvadımın atası fərqli nömrələrdən qızına zəng edərək "Ərin başqa kişilərlə sənə xəyanət edir" deyərək homoseksual olduğumu göstərməyə çalışdı. Mən arvadıma "Prokurorluğa gedək, telefonumda mesajlar var" dedim. Ancaq arvadım telefondakı mesajları sildi. Qayınatam "Səni sevirəm, sizi ayıracağam , qızıma hər şeyi yazacağam" mesajları yazırdı".

Keçmiş yeznə Yaşarın yazdığı mesajların bir qismini prokurorluğa təqdim edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Terrorçular  hərbçilərə hücum ediblər
Qorbaçov xəstəxanaya yerləşdirilib
ABŞ qadağan olunmuş raketlərin istehsalına başladı

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Gəncədə 26 yaşlı Məhəbbət QƏTLƏ YETİRİLDİ