Qardağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub.
Oxu24.com "Report"a istinadən xəbər verir ki, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə zamanı "Saipa"nın sürcüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüblər.
Yaralılar:
1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev
1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə
Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıb.
Oxu24.com
ŞƏRHLƏR