ABŞ-da “dovşan hemorragik virusu” adlandırılan “RHDV2” ev heyvanları arasında sürətlə yayılır.
Oxu24.com xəbər verir ki, ilk dəfə Nyu-Meksika ştatında aşkar edilən virus artıq Arizona, Texas, Kolorado və Kaliforniya ştatlarına yayılıb. Məlumata görə, virus ilk dəfə mart ayının əvvəllərində müəyyən edilib. İlkin araşdırmalara görə, “RHDV2” virusunun COVID-19-la əlaqəsi yoxdur. Ani ölümlərə səbəb olan virus, hələlik dovşanları əhatə etsə də, sakinlər həyəcan təbili çalır.
Sakinlər bildirir ki, hakim dairələr “RHDV2” barədə ətraflı araşdırma aparmır. Sakinlər “RHDV2”nin COVID-19 kimi insanlara yoluxa biləcəyindən narahatdır.
Oxu24.com
ŞƏRHLƏR