Qızım yanımda çox olmurdu, atası ilə qalırdı. Özümü bütünlüklə sənətə qurban verdim. Dedim ki, ailə qurmaq mənə mane olar. Ailəmi də, övladımı da sənətə qurban verdim. İndi peşmanam. Gərək ikisini də əlimdə saxlayardım.
Oxu24.com axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Söhbətsiz" proqramında deyib. İlk həyat yoldaşından illər əvvəl ayrılan aktrisa peşman olduğunu söyləyib. O bildirib ki, ikinci dəfə ailə qurmamasına səbəb də sənəti olub.
Aktrisa qətlə yetirilən qardaşının həyat yoldaşı və övladını axtarmasının səbəblərindən danışıb. O bildirib ki, illər sonra onları tapmaq istəməsini sosial şəbəkədə tənqid ediblər:
"Qardaşımın balasın axtardım, DNK testi tələb etdim. Qınanıldım... Açıq deyə bilmirəm səbəbi. Qardaşımın arvadını axtarmaqda səbəbim də, onun qatilini tapmaq idi. Qardaşımın arvadı çox şey bilir, onu öyrənməyə çalışıram. Qardaşımı kimin öldürdüyünü tapmalıyam, ürəyimdəki yara sakitləşər".
Oxu24.com
ŞƏRHLƏR