Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31972
az

"Pandemiya daha da artacaq" - Azərbaycanlı professordan ŞOK AÇIQLAMA

21:3025 May, 2020
2551
CƏMİYYƏT
  • A

Azərbaycanda pandemiya ilə əlaqədar karantin rejimi yumşaldıqca koronavirusun daha da geniş yayılması müşahidə edilir. Bu əks tendensiya böyük narahatlıq yaradır və pandemiyanın asanlıqla aradan qalxmayacağını göstərir.

 

İndi hamını bir sual narahat edir: Karantin qaydalarının yumşaldılmasına rəğmən xəstəliyə yoluxanların artmasının səbəbi nədir?

 

Tibb üzrə professor Adil Qeybulla bildirib ki, bunun başlıca səbəbi insanların virusdan qorunmaq üçün tələb edilən şərtlərə lazımınca əməl etməməsidir:

“Karantinin ilk mərhələsində  SMS icazəsi ilə çıxanda da insanlar gedib gəziblər, evlərdə ziyafətlər təşkil ediblər, həyətlərdə çay içmək, domino oynamaq, bax, bütün bunların nəticəsidir ki, indi artım müşahidə olunur.

Digər tərəfdən karantin qaydaları yumşaldıqdan sonra da insanlar iqnor edirlər, sanki heç belə bir təhlükə yoxdur. Hazırda küçədə baxsanız tək-tük masqalı adam görərsiniz. Proqnozlaşdrıma belədir ki, belə davam etsə bu say getdikcə artacaq.

 

Professorun sözlərinə görə bunun qarşısını almaq üçün karantin yumşaldılsa da qorunma şərtləri kəskinləşdirilməlidir:

“Hesab edirəm ki, Operativ Qərargah və digər strukturlar karantinin yumşaldılması dövründə də qaydaların qaldığını sərt şəkildə elan etməli idilər. Yəni bayıra çıxarkən masqa taxmaq, əlləri dezinfeksiya etmək və sosial məsafəni saxlamaq əsas şərt olaraq qalmalıdır. Bunu pandemiya qurtarana qədər etmək lazımdır”

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vatsapdan növbəti yenilik
Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qonaq qaldığı evdən 3 min 500 manat qızıl oğurladı