Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.
Oxu24şcom-un xəbərinə görə, T.Məmmədov hazırda sosial izolyasiya rejimində işlədiklərini bildirib:“Digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür. O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”
Oxu24.com
ŞƏRHLƏR