Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31857
az

"Sədərək" Ticarət Mərkəzində nə baş verir?

16:5323 May, 2020
651
CƏMİYYƏT
  • A

"Sədərək" Ticarət Mərkəzində icarədarlardan pul tələb edilir.


Bu barədə qaynarinfo-ya ticarət mərkəzinin icarədarları məlumat verib. 
Onların sözlərinə görə, pandemiya dövründə ticarət mərkəzinin fəaliyyəti dayandırılıb. "Sədərək” rəhbərliyi birinci ay onlardan pul almayıb. Amma indi rəhbərlik icarədarları sıxışdırmağa başlayıb. "İkinci ayın pulunu verin” deyə icarədarları hədələyirlər.

Artıq iki aydır ki, ticarət mərkəzi fəaliyyət göstərmir. Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantin rejimi ilə bağlı bəzi qadağaları götürsə də, ticarət mərkəzlərinin fəaliyyətinə icazə verməyib. Qadağanın nə vaxt götürüləcəyi isə bəlli deyil. Bəs hansı əsasla "Sədərək" rəhbərliyi icarədarlardan icarə haqqı tələb edir? 

"Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətini rəhbəri Kəmaləddin Qədimov isə Qaynarinfo-ya açıqlamasında icarədarlardan pul tələb olunmadığını bildirdi:

"Bazar bağlıdır. Axı bağlı olan bazardan kim yer haqqı tələb edir? Olmayan yerdən pul almaq olar? Biz özümüz işə çıxmırıq. İcarədarlara bazar bağlanmamış güzəşt olunub”. 

 Kəmaləddin Qədimov qeyd edib ki, Oreativ Qərargah nə qərar versə, ona uyğun addımlar atılacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi