Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31854
az

İcra başçısı danışdı: “Mən hördürməmişəm”

15:4823 May, 2020
573
CƏMİYYƏT
  • A

“Sözügedən Peşə Liseyinin pəncərələrinin mənim göstərişimlə hörülməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

 
Demokrat.az-ın xəbərinə görə, bu barədə Tərtər rayonunun icra başçısı Müstəqim Məmmədov açıqlama verib.

 
O bildirib ki, 96 saylı Tərtər Peşə Liseyi uzun müddətdir ki, tam istifadəyə yararsız vəziyyətdədir: “Tərtər Peşə Liseyinin binasında 1993-ci ildən 2018-ci ilə qədər Kəlbəcərdən, Laçından, Ağdamdan olan məcburi köçkünlər yaşayıb. 2018-ci ildə ölkə başçısının tapşırığı ilə Tərtər rayonu, Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün 1176 ailəlik qəsəbə salınıb. Peşə Liseyində yaşayan məcburi köçkünlər həmin qəsəbəyə köçürülüb. Peşə Liseyinin binası isə Təhsil Nazirliyinin balansına verilib. Binanın rənglənən və hörülən hissəsi isə sanitar qovşaqların yerləşdiyi pəncərələrdir. Həmin binada bu gün heç bir yaşayış yoxdur, bina tam yararsız vəziyyətdədir. Binada 27 il məcburi köçkünlər yaşayıb və hazırda əsaslı təmir-bərpa işlərinə ehtiyac var. Bütün bu işlər şəhərdə ictimai yaşayış binalarının təmir-bərpa işləri aparılarkən həyata keçirilib. Məqsəd köhnə görünüşlü binanın şəhərdə xoş olmayan görüntüsünün qarşısını almaqdır. Bəzi saytlarda bunun icra başçısının qərarı ilə həyata keçirildiyi yazılıb. Bu məlumatlar həqiqəti əks etdirmir. Bu istiqamətdə mənim heç bir göstərişim olmayıb”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi