Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31842
az

Bəzi imtahanlar üzbəüz keçirilə bilər – Təhsil naziri

12:1523 May, 2020
573
CƏMİYYƏT
  • A

Ali təhsil müəssisələrində bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər.

Oxu24.com-un xəbərinə görə, bunu Təhsil naziri Ceyhun Bayramov deyib

Onun sözlərinə əsasən, sonuncu kurs tələbələrinin biliyinin qiymətləndirilməsi əsasən iki - yekun dövlət attestasiyası (imtahanı) və yekun buraxılış işinin yazılaraq təqdim edilməsi formasında qiymətləndirilir. Bəzi sonuncu tələbələr üçün buraxılış işinin onlayn formada, bəzi hallarda isə tələbənin iştirakı olmadan qiymətləndirilməsi nəzərdə tutulur:

“Amma müəyyən istisnalar da mümkündür. Ola bilər ki, hansısa ixtisaslar üzrə buraxılış işlərinin müdafiəsi ənənəvi formada keçirilsin. Tövsiyə edilir ki, imkan olduğu qədər bütün proseslər - qiymətləndirmələr, sənədlərə baxılma, müsahibələr onlayn formada, məsafədən həyata keçirilsin. Amma bir sıra hallarda bu, mümkün olmaya da bilər. Belə halda üzbəüz imtahanların keçiriləcəyi istisna deyil. Ancaq belə olduqda imtahanların keçirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq ertdiyi təlimata uyğun keçiriləcək”.

C.Bayramov əlavə edib ki, sonuncu kurs tələbələrinin təxminən 80 faizi yekun dövlət imtahanı verirdi:

“Lakini ndiki dövr üçün yekun rəy ondan ibarət oldu ki, bu tələbələr artıq özlərini ali təhsil müəssisəsində təsdiq ediblər və hər bir məktəbin tələbəsi haqqında kifayət qədər məlumat bazası var. Buna görə də yekun dövlət imtahanı verməli olan tələbələrin biliyinin onların təhsil müddətlərindəki orta müvəffəqiyyət göstəricisi əsasında qiymətləndirilməsi nəzərdə tutulub”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi