Bu gün daha 178 nəfər Azərbaycan vətəndaşı vətənə çatdırılıb. "Azərbaycan Hava Yolları" QSC-dən Oxu24.com-a bildirilib ki, AZAL İstanbuldan Bakıya növbəti çarter reysi həyata keçirilib.
Bütün sərnişinlər reysdən sonra karantinə yerləşdirilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq bu həftə AZAL aviaşirkəti Berlin və Varşava şəhərlərindən Bakıya çarter reyslərini həyata keçirib.
Oxu24.com
ŞƏRHLƏR