Bakıda usta faciəli şəkildə ölüb.
Oxu24.com Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu, Zığ-Aeroport şossesində yerləşən Metalkonstruksiya zavodunda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı dəzgahın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb.
Oxu24.com
ŞƏRHLƏR