Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3177
az

Ordumuzun ilk hərbi operatoru vəfat etdi – Foto

11:0426 İyun, 2018
806
CƏMİYYƏT
  • A
 Azərbaycan Ordusunun ilk hərbi operatoru Seyidağa Mövsümlü vəfat edib.

Oxu24.com  Unikal.org-a istinadən xəbər verir ki, Qarabağda gedən döyüşlərdə aldığı yaradan əziyyət çəkən S. Mövsümlü iyunun 25-də axşam saatlarında dünyasını dəyişib.

Mərhum Buzovna qəbiristanlığında, anasının yanında dəfn olunacaq.

Seyidağa Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. Azərbaycan Dövlət Teleradio Komitəsində teleoperator assistenti vəzifəsində əmək fəaliyyətinə başlayıb.

O, 1988-ci ildə başlayan xalq hərəkatından sonra tanınmağa başlayıb.

S. Mövsümlü xalq hərəkatını, 20 yanvar faciəsini, Xocalı soyqırımını, bütövlükdə Qarabağ müharibəsini lentə alan ilk operatorlardandır.

O, ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında, Naxçıvan və digər bölgələrdə olub.

Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun – “Şıxov” batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb.

19 fevral 1992-ci ildən Müdafiə Nazirliyinin mətbuat mərkəzində operator kimi işə başlayıb.

2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub və köhnə iş yerinə – AzTV-yə qayıdıb.

Allah rəhmət eləsin! Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi