Azərbaycanda tanınmış şəxs koronavirusa yoluxdu-FOTO
Azərbaycanda daha bir jurnalist koronavirusa yoluxub.
Oxu24.com 7News.Az-a istinadla xəbər verir ki, idman jurnalisti Anar Cəfərsoy koronavirusa yoluxub.
O şəxsi feysbuk hesabında yazıb ki, iki həftədir güclü öskürək və yüksək temperaturdan əziyyət çəkir:
"İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu. Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin".
Oxu24.com
ŞƏRHLƏR