Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3173
az

Bakı otelində dəhşət — Qadın özündən 8 yaş kiçik sevgilisini öldürdü+

09:4426 İyun, 2018
2242
KRİMİNAL
  • A
 
Gecə saatlarında Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Qrand" oteldə qətl hadisəsi baş verib.

Oxu24.com  Report-a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabunçu rayon sakini Günel Əliyeva təxminən 24 yaşlı sevgilisi ilə (hələlik ad-soyad açıqlanmır) otelin ikinci mərtəbəsindəki otağı kirayələyib.

Oteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə daha sonra hamam otağında davam edib. Bu zaman G.Əliyeva bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə bıçaq zərbəsi vurub. Oğlan boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.
Əraziyə Binəqədi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları cəlb edilib. Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

G.Əliyeva ilkin ifadəsi zamanı sevdiyi oğlanın ona təcavüz edərək bakirəliyinə pozduğunu və bu səbəbdən ona evlənmək vəd etdiyini bildirib. Qadının sözlərinə görə, həmin hadisədən sonra onların arasında yaxınlıq davam edib və sonuncu görüşlərində oğlanın vədinə xilaf çıxdığını görərək onu öldürmək qərarına gəlib.

Faktla bağlı Binəqədi RPİ-də cinayət işi başlanılıb. G.Əliyeva və "Qrand" otelin rəhbərliyi saxlanılıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

34 yaşlı qadını dəhrə ilə ağır yaraladı
Daşqınlar bu ölkədə azı 54 nəfərin həyatına son qoydu
Maskalı şəxslər Təranə Əliyevanın evinə BASQIN ETDİLƏR

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
34 yaşlı qadını dəhrə ilə ağır yaraladı