Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31701
az

SON DƏQIQƏ: Bu rayona Daxili Qoşunlar yeridildi - 21 nəfər həbs olundu

14:5621 May, 2020
4204
  • A
Yevlaxda “Qaraçılar məhəlləsi” adlanan ərazidə karantin rejiminin tətbiqini pozmağa cəhd edən sakinlərlə polis arasında baş verən insidentlə bağlı cinayət işi başlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-nın sorğuna cavabında bildirib ki, məhəllə sakinləri tərəfindən onları asayişi pozmamağa dəvət edən polis əməkdaşlarına daş atılıb. Nəticədə bir nəfər polis əməkdaşı baş nahiyəsindən xəsarət alıb: “Həmin faktla əlaqədar Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində asayişi pozaraq aksiyaya cəhd göstərən 20 nəfər saxlanılıb. Hazırda həmin şəxslərin məsuliyyət məsələləri araşdırılır. Araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək. Başlanan cinayət işi üzrə isə artıq bir nəfər tutularaq məsuliyyətə cəlb olunub”. Qeyd edək ki, Yevlaxda koronavirusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü həmin “Qaraçılar məhəlləsi” adlanan küçənin sakinidir. Ona görə də həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanılır. Orada giriş-çıxışa məhdudiyyətlər qoyulub. Buna səbəb yoluxma halının qarşısını almaqdan ibarətdir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya Ukrayna tankını vurdu
3 nəfər belə öldü - DƏHŞƏTLİ VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Ərinin ölümünə görə tutulan qadın tanınmış həkimin qızı imiş- “15 ildir görmürəm”