Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31700
az

İyun ayında müəyyən məhdudiyyətlərlə toylara icazə veriləcək? — RƏSMİ AÇIQLAMA

14:5721 May, 2020
725
CƏMİYYƏT
  • A

Bu gün müzakirə olunan məsələlərdən biri də karantin rejiminə görə toylara qoyulan qadağa ilə bağlıdır. Bir çoxları iyun ayında toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı iddialar səsləndirilir. İyun ayında toyların keçirilməsinə icazə verilə bilərmi?
"Oxu24.com" bildirir ki, bununla bağlı "Sonxeber.az"-a danışan deputat Aydın Mirzəzadə bildirib ki, karantin rejimi bir çox məhdudiyyətlər tələb edir:

"Bilirsiniz ki, insanlar toylarda kütləvi şəkildə bir yerə toplaşırlar. Mən müəyyən məhdudiyyətlər qoyularaq toyların keçirilməsinin tərəfdarıyam. Ola bilsin ki, az qonaqla, sosial məsafə gözlənilməklə və qoyulan qaydalara riyaət etməklə toyları keçirmək olar. Çünki bir çox ailələr yaz, yay aylarında övladlarının xeyir işini etmək istəyirdilər. Bu vəziyyət onların planlarını pozur. Bir il ərzində toyların keçirilməməsi biz demoqrafiq zərbə vura bilər. Bu baxımdan müəyyən məhdudiyyətlər qoymaqla, şadlıq sarayların üzərinə ödtəliklər qoymaqla toyları etmək olar".
Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov bildirib ki, hələlik bununla bağlı qərar yoxdur:

"Hər şey yoluxmanın və sağalmanın dinamikasından asılıdır. Amma bu günə bu barədə heç bir dəqiq məlumat yoxdur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+