Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31683
az

Dedi anam deyilsən, ona görə evindən oğurluq etdim ... Müğənni (VİDEO)

12:0121 May, 2020
706
ŞOU-BİZNES
  • A

“Birinci övladlığa götürdüyüm Natavan tez-tez ailəsi barədə mənə sual verirdi. Deyirdi ki, valideynləri onu niyə atıb? “Niyə?” sualını çox verirdi. Düşündüm ki, anasını tapım, sualı ona versin! Qadın kimi balaca paxıllığım var idi. Onu anasına qısqanırdım. Axı, ona canımı qurban verərdim, niyə anasını axtarır?”
 
Bu sözləri müğənni Roza Zərgərli “5-də 5” proqramına qonaq olarkən deyib. Sənətçi illər əvvəl övladlığa götürdüyü Natavanın anası ilə birləşərək evini qarət etdiyini açıqlayıb:

“Anasını tapdım, onu rəfiqəm kimi təqdim etdim. Heç bəyənmədi, xoşuna gəlmədi. Ad günündə dedim ki, tanış etdiyim xanım anandı. Ondan bir ay sonra məni tərk etdi. Uşaq anasını bəyənməsə də, bir müddətlik münasibət qurdular. Klip təqdimatının ərəfəsində Arif Qazıyevin yanına getmişdim. Qayıdanda gördüm ki, evim qarət olunub, qızım anası ilə gedib. Götürülənlər ona qurbandı.
 
Özümə gələ bilmədim, sənətdən küsdüm, 5 il hamıdan uzaqlaşdım. Bəzi şeylər həyatda səni sındırır, küsürsən. İntihar etmək, özümü öldürmək istədim. Öz doğma qızımı döyürdüm, amma Natavana diqqət yetirirdim. Çünki o, əmanətdir, canımı da verərdim. Mənə toxunan bir şey oldu. Ona sual verdim ki, axı niyə? Mənə cavab verdi ki, sən anam deyilsən, ona görə... 7 il sonra qızım yenidən yanıma qayıtdı, qəbul etdim. İndi hər şey qaydasındadır”.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elgiz Əkbərin yubileyindən VİDEO
"Xəstəliyini əvvəldən bilirdim, dedi ki, atamı Türkiyəyə gətirmişəm"
Sevil xəstəxanaya yerləşdirildi - FOTO

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi