Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31663
az

Şadlıq saraylarında işləyənlərin aqibəti necə olacaq? (VİDEO)

23:2420 May, 2020
532
CƏMİYYƏT
  • A

Şadlıq evlərində mart ayının 15-dən başlayan fəaliyyətsizliyin hələ nə qədər davam edəcəyi sual altındadır. Mart və aprel aylarına nəzərdə tutulmuş toy məclisləri iyun ayına təxirə salınsa da, bunun da baş tutacağı qeyri-müəyyəndir. Sahibkarların isə gözləməkdən başqa çarələri yoxdur.

Baku.Tv-nin hazırladığı reportajda restoran inzibatçıları bildirir ki, gələn qonaqlar ancaq beh verərək gedirlər.

"Mart ayını atmışıq aprel ayına, apreli atmışıq iyuna, iyun ayına da hələ bir cavab deyilməyib” – inzibatçı bildirir.

"Demək olar ki, müflisləşmə dərəcəsinə gəlib çıxırıq” - digər inzibatçı qeyd edir.

Toyların olmaması təkcə sakibkarlar yox, buradan evinə çörək aparan onlarla işçini də çətin vəziyyətdə qoyub. Nəzərə alsaq ki, bu müəssisələrdə çalışanların əksəriyyəti muzdlu işçi sayılır, ona görə də həmin şəxslərə iki ay ərzində heç bir maaş verilməyib.

İqtisadçı ekspertlərin sözlərinə görə, şadlıq saraylarında işləyənlərin maddi təminatı pandemiya dövründə bir neçə istiqamət üzrə tənzimlənir. Ya əmək müqaviləsi əsasında, ya vergi ödəyicisi kimi, ya da işsiz kimi qeydiyyatdan keçməklə... Qeydiyyatdan keçib rəsmi fəaliyyət göstərirlərsə və onların işçiləri əmək müqaviləsi ilə çalışırlarsa, onlara aprel,may aylarında İqtisadiyyat Nazirliyinin xətti ilə yardım olunub.

Düzdür, bu müəssisələrin fəaliyyətinin nə zaman bərpa olunacağı hələ dəqiq deyil. Amma nəzərə almaq lazımdır ki, bu bəla təkcə ölkəmizdə yox, bütün dünyada davam edir. Bununla belə, pandemiyadan ən az ziyan görən ölkələrdən biriyik. Ümid edək ki, bu müvəqqəti problemlərin də tez bir zamanda həllinə nail olacağıq.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi