Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3164
az

Hacı Nurandan TƏSİRLİ SÖZLƏR: “Heç kəs üzülməsin...”

22:1725 İyun, 2018
1470
ŞOU-BİZNES
  • A
“Mən həmişə sürpriz etməyi sevmişəm. Mənə də sürprizlər edəndə sevinmişəm. Həyatın mənə etdiyi sürprizlərə də hazır olmuşam. Allaha inamım mənə bəs edir ki, bu həyatın müvəqqəti olduğunu qəbul edim. Əlimdə olan ən balaca şansı da xidmət etməkdə gördüm. Kömək edəndə də Allaha xoş əməllərlə yaşamağa çalışdım. Xəstəlik gözlənilməyən qonaq kimidir. Nə vaxta istəsə, o vaxt da gəlir. Getmək vaxtını da özü bilir”.

Oxu24.com xəbər verir ki, bu sözləri keçən həftə ağciyərində 5 sm şiş aşkar olunan və təcili xəstəxanaya yerləşirilən aparıcı və “Həyat” fondunun təsisçisi Hacı Nuran Hüseynov instaqram hesabında yazıb. Hazırda müalicəsini Almaniyada davam etdirən Hacı Nuran Bakıda özəl xəstəxanada yatarkən dostlarının ona sürpriz edərək palatasına ağ poni gətirməsinin birmənalı qarşılanmamasına təəsüfləndiyini gizlətməyib. O, sözlərinə belə davam edib:

“Mənim pis vəziyyətimdə mənə mənəvi dayaq olan hər kəsə sağ olun deyirəm, haqqınızı halal edin. Kim məni sevindirmək üçün nə etdisə çox təşəkkür edirəm. Kimsə bu hadisəni adiləşdirirsə, onlar da sağ olsunlar. Allah heç kəsi kimsəsiz eləməsin - arxamda sadə, əsl məhəbbətlə sevən insanlar gördüm. Səmimi sözlər, dualar eşitdim. Heç kəs üzülməsin... Axı kim bilirsə sabah nə olacaq – desin... Heç kəs bilmir. Dostlarımın diqqəti - zarafatları - sürpizlərinə və xəstəliyimə “don” geyindirlərə demək istərdim: ömrünüzdə neçə xəstənin əlindən tutmusunuz? Allahın yaratdığı hansı canlıya cansız halda da yardım etmisiniz. Sözün dəyərini bilin və heç kəsin arxasınca danışmayın. O da böyük günahdir. Əgər Allaha inanırsınızsa...” Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elgiz Əkbərin yubileyindən VİDEO
"Xəstəliyini əvvəldən bilirdim, dedi ki, atamı Türkiyəyə gətirmişəm"
Sevil xəstəxanaya yerləşdirildi - FOTO

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi