Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3163
az

Dövlət qurumundan qarpız alanlara xəbərdarlıq

21:1425 İyun, 2018
979
CƏMİYYƏT
  • A
 İsti yay aylarının sərinləşdirici qidalarından olan qarpızı artıq piştaxtalarda görmək mümkündür. İyul ayının sonu, avqustun əvvələrində yeməyə alışdığımız qidanın iyun ayında artıq satışda olması istehlakçılarda onun keyfiyyəti barədə şübhə yaradır.

Qida Təhülkəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev AzVision.az-a bildirib ki, qarpız seçimi edərkən ölçüsünə, tamlığına, üzərində yarıq və çatların olmamasına diqqət edilməlidir.

"Üzərində hər hansı zərərverici və ya zərərverici izlərinin olmaması, saplağının yaşıl oması vacib amillərdən biridir. Həmçinin üzərində sarı ləkələrin olmasına da nəzər yetirilməlidir ki, yetişmiş qarpızın torpaqla təmas etdiyi hissələr əvvəl ağ olur, sonradan isə açıq sarıya çevrilir”.

M.Piriyev qeyd edib ki, qarpızın cizgilərı aydın olmalıdır. Belə ki, yetişmiş qarpız seçərkən onun saplağı incə və quru olmalı, qabığına dırnaqla toxunduqda asanlıqla cızılmamalıdır.

"Qarpızın kəsilərək alınması bir o qədər məsləhət deyil. Çünki qarpızı kəsən bıçaq sanitariya ve gigiyena qaydalarına uyğun təmizlənməlidir ki, qarpızın içinə yad maddələr düşməsin. Bundan əlavə, təbii yetişmiş məhsul əldə etmək istəyiriksə, qarpız öz mövsümündə, yəni iyun ayının sonundan sentyabrın əvvəlinə kimi, əsasən avqust ayında istehlak edilməlidir. Aqrokimyəvi dərmanlarla yetişmiş məhsul həm dad etibarilə standartlara uyğun olmur, həm də kəskin nişasta qoxusu verə bilər. Belə məhsulların istehlakından imtina edilməlidir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi