Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31621
az

Kəsri olan tələbələrə ŞAD XƏBƏR: bütün fənlərdən...

13:5420 May, 2020
776
  • A

Cari tədris ilində akademik borcu olan tələbələrin vəziyyətini tələbəyönümlü və sosial baxımdan qiymətləndirmək olar. Tələbənin imtahan sessiyasında bir və ya bir neçə kəsri yaranarsa, ona şərait yaradılacaq ki, yenidən imtahan versin.

Oxu24.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov Nazirlər Kabinetinin ötən gün verdiyi "Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə" Qərarının Təhsil Nazirliyinin aidiyyəti sturkturlarının nümayəndələri tərəfindən təşkil edilən video-konfransında danışıb.

O bildirib ki, əvvəl tələbəyə 1 akademik ildə maksimum 2 fəndən təkrar imtahan vermək imkanı tanınırdı: “Lakin yeni qərarla bu limit aradan qaldırıldı. Bu dəyişikliyin üstünlüyü ondan ibarətdir ki, tələbə bütün kəsrlərini bağlamaq üçün həmin fənlərdən təkrar imtahanda iştirak edə biləcək. Əlavə olaraq, tələbənin aşağı kurslardan kəsri qalıbsa, həmin kəsrlər üzrə 2 fəndən təkrar imtahan verə biləcək. Təkrar imtahanlar ödənişsiz olacaq ”.

Sektor müdiri əlavə edib ki, bu qərar koronavirus pandemiyası dövründə qüvvədə qalacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu yolda yarımdairə ləğv edilir - VİDEO
32 ildən sonra Laçında ikinci dəfə toy çalındı - FOTO
Bu ədviyyatı zeytun yağı ilə qarışdırın – Orqanizmi qalxan kimi qoruyur

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı