Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3162
az

Diqqət! Bu marşrut xəttinin gediş haqqı artdı

21:0425 İyun, 2018
1213
İQTİSADİYYAT
  • A
 Big xəbər verir ki, bu haqda sosial mediada xəbər paylaşılıb. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məsələyə münasibət bildirirək qeyd edib ki, hər bir marşrut xətti üzrə Tarif Şurasının müəyyənləşdirdiyi qiymət var:

"Heç kim bu qiymətdən artıq, ya əskik ödəniş edə bilməz. Sürücü müəyyən olunmuş məbləğdən artıq vəsait qəbul edirsə, bu artıq inzibati xəta deməkdir və buna görə cərimə sanksiyası var. Düzdür, Bakı Nəqliyyat Agentliyi cərimələmək mexanizimlərinə malik deyil. Lakin məlumat daha detallı verilərsə, həmin sürücü müəyyənləşdiriləcək və daşıyıcıdan bununla bağlı tədbir görülməsi tələb ediləcək. Bu cür hallar olur və sərnişinlərimiz BNA-ya müraciət edirlər. Biz də öz növbəmizdə daşıyıcıdan tələb edirik ki, analoji halın təkrarlanmaması üçün zəruri tədbir görsün. 120 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda bir kilometr yolu 25 qəpiyə getməyə gəlincə isə bildirim ki, bunun belə olmaması üçün avtobuslara əlavə validator yəni kart oxuma aparatları qoyulmalıdır. Lakin bu aparatların quraşdırılması bahalı olduğundan iqtisadi baxımdan səmərəli hesab olunmur. Lakin hazırda bu cür mübahisəli məsələlərin də üzərində də iş aparılmaqdadır”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO
Rusiya və İran Azərbaycandan keçən qaz kəməri marşrutu ilə bağlı razılığa gəldi

Bu şirkət Azərbaycan bazarını tərk edir

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi