Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31616
az

Mağazada sevgilisini doğradı - Sabirabadda QORXUNC CİNAYƏT

12:3820 May, 2020
567
KRİMİNAL
  • A

Sabirabad rayon prokurorluq və polis əməkdaşlarının istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qəsdən adam öldürməyə cəhddə şübhəli bilinən şəxs tutulub.

Publika.az Sabirabad rayon Prokurorluğuna istinadən xəbər verir ki, mayın 19-da Sabirabad şəhərinin H.Əliyev prospektində yerləşən ərzaq mağazasında satıcı işləyən Saatlı rayon sakini Aygül Şərbətovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.

İlkin araşdırmalarla Saatlı rayonu, Novruzlu kənd sakini Fəxrəddin Əhmədovun tanışı A.Şərbətovanı qısqanclıq zəminində qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

F.Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi cinayəti etiraf edib və səmimi peşman olduğunu bildirib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Daha bir ÜZÜCÜ XƏBƏR: 17 yaşlı Səidi tapmaq olmur
Ər-arvad 5 gün ara ilə intihara cəhd etdi - Qadın öldü
Qaxda avtomobillər toqquşdu, xəsarət alanlar var

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
İsrail qüvvələri TRT komandasına hücum edib
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi