Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
31614
az

Rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ - VİDEO

11:4020 May, 2020
669
CƏMİYYƏT
  • A

Bəzi qadağalar aradan qaldırıldıqdan sonra şəhər daxilindəki bütün polis postları yığışdırılıb.

Oxu24.com Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.

O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürüldüyündən polis postlarının ləğv edilməsinə də qərar verilib. Şöbə rəisinin sözlərinə görə, postlarda duran polis əməkdaşları şəhərdə xidmətə cəlb ediliblər.

Kamran Əliyev Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxışın necə tənzimlənəcəyini də açıqlayıb. O deyib ki, ”icaze.e-gov.az” portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonunu tərk edərək digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir. Əks halda həmin şəxslər buraxılmayacaq.

Qeyd edək ki, Bakı, Sumqayıt və Abşeron rayonuna girişdə qurulan postlardan qaçaq yolla keçmək istəyən şəxslərə qarşı sərt tədbirlər görüləcək. Karantin qaydasına əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə və ya 10-30 sutka həbs edilə bilərlər.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi