Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
316
az

17 yaşlı Fatimə Əli Kərimlini biabır etdi - VİDEO

14:2306 Aprel, 2018
3051
SİYASƏT
  • A
Özünü partiya sədri hesab edən, fəaliyyəti isə yalnız sosial şəbəkələrdə status yazmaqdan ibarət olan Əli Kərimli və onun manqurtlaşmış dəstəsi seçki öncəsi iqtidara, hakimiyyət təmsilçilərinə ləkə yaxmaq, dövlətin imicini nüfuzdan salmaq üçün hər yola əl atır.
Vəziyyət o həddə çatıb ki, Kərimli başlatdığı çirkin kampaniyada öz tərəfdarlarını da qurban verməkdən çəkinmir, hətta xanım cəbhəçilərin üzərindən özünə siyasi divident qazanmağa çalışır.


Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə müxaliflər tərəfindən 17 yaşlı Fatimə Mövlamlı adlı gənc xanımın guya itkin düşməsi haqda ardı-arası kəsilməyən məlumatlar dolaşmaqdadır. Başda Kərimli olmaqla onun yolunu tutan radikallar silsilə statuslar yazaraq həmin xanımın guya mitindən sonra polis əməkdaşları tərəfindən saxlanıldığını, yerinin gizlədildiyini deyirlər. İddia edirlər ki, guya 17 yaşlı Fatimə Milli Şuranın mitinqində iştirak etdiyi üçün saxlanılıb.

Kərimlinin dəstəsi bir qədər də irəli gedərək guya həmin xanımın polis tərəfindən şərləndiyini, üzərinə “əxlaqsızlıq” damğasının vurulduğunu yazmağa başladılar. Planlı şəkildə gündəmə gətirilən yalanı böyüdərək iqtidar əleyhinə kampaniyaya çevirməyə çalışdılar. Əli Kərimli isə bu çirkin kampaniyanın təşkilatçısı kimi iqtidarı “adam oğurluğu”nda ittiham etdi.

“17 yaşlı Fatimə Mövlamlını 5 gündür ki, hakimiyyət oğurladıb. Onun harada saxlanılması anasına belə deyilmir. Fatimənin 18 yaşı yoxdur. Rejimin bir gənc qıza tənqidi mövqeyinə görə divan tutmasına, ona qarşı mənəvi terroruna etiraz etmək isə hamımızın borcudur” – Kərimli statusunda yazıb.

Yalan ayaq açar, amma yeriməz deyirlər. Kərimlinin kampaniyasının ömrü heç bir gün çəkmədi. Oğurlandığı, itkin düşdüyü deyilən Fatimə sosial şəbəkədəki hesabında canlı yayım edərək Kərimli və onun dəstəsini haqqında yazdığı yalanlara görə ifşa etdi.

“Mən evdəyəm. Hər şey qaydasındadır. Son 4-5 gündür şəxsi həyatımda bir az problemlər vardı. Evdə deyildim. Bir rəfiqəmlə qalırdım. Telefonu söndürmək məcburiyyətində oldum. Bir dəfə anama zəng etdim ki, sizlərə, bəzilərinizə məlumat versin ki, məndən narahat olmasınlar. Haqqımda bəzi dəxlisiz paylaşımlar gördüm. Bu sadəcə yalandır. Mənə yalandan “əhsən”, “mərd qızsan” deyənləri bir kənara qoyuram. Onlar heç mənə maraqlı da deyillər. Mənim haqqımda hər şey yazmaq olar. Amma, əxlaqsızlıq, guya haradasa tutulmaqla bağlı yayılan məlumatlar yalandır. İnanmayın. Məni tanıyanlar bilir ki, belə bir şey söhbət mövzusu deyil. Sizləri narahat qoyduğuma görə üzürlü sayın. Heç bir tutulma hadisəsi baş verməyib”.

Təqdim etdiyimiz videodan göründüyü kimi Fatimə Mövlayeva özü də etiraf edir ki, heç bir həbs olunma, oğurlanma hadisəsi baş verməyib. O, şəxsi problemlərinə görə rəfiqəsinin evində qalıb və mobil telefonunu söndürüb. Bu barədə anasına da məlumat verib.

O zaman qərar verək: öz maraqları naminə 17 yaşlı qızın üzərinə “əxlaqsız” damğasını vurmaq, onun yalandan oğurlandığını ictimailəşdirmək, şərəfli polis peşəsinin nüfuzuna ləkə yaxmaq əxlaqsızlıq deyil, nədir bəs?! Hansı ki, bu, Əli Kərimlinin ilk belə əməli deyil. (AzVision)




Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hikmət Hacıyev: Dağlıq Qarabağ münaqişəsi həll olunmasa...
Azərbaycanın neçə general-polkovniki var? – Siyahı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Vardanyanın məhkəməsi başlayır